Tbilisi (gürc. თბილისი) və ya Tiflis - Gürcüstanın paytaxtı

Поделиться
HTML-код
  • Опубликовано: 6 окт 2024
  • Tbilisi (gürc. თბილისი) və ya Tiflis - Gürcüstanın paytaxtı, Qafqaz şəhərlərinin mühüm sənaye, mədəniyyət və elm mərkəzlərindən biri. Ölkənin şərq hissəsində, Kür çayının hər iki sahilində, dəniz səviyyəsindən 406-522 metr hündürlükdə, Tiflis çökəkliyində yerləşir.
    Şəhər 244 km2 ərazidə yerləşir. "Tbilisi" toponiminin hərfi mənası qədim gürcü dilində "isti su" anlamına gəlir. Tarixi qaynaqlara gorə, şəhər eramızın V əsrində gürcü sərkərdəsi Vaxtanq Qorqasali tərəfindən salınmışdır.
    Tbilisi iqtisadi baxımdan hazırda Gürcüstanın ən inkişaf etmiş bölgəsi hesab olunur. 2005-ci ildə ölkədə istehsal edilmiş sənaye məhsulunun 35,4%-i, tikintinin 63,6%-i bu şəhərin payına düşmüş, fəaliyyətdə olan müəssisələrin say etibarı ilə 47,4%-i burada cəmləşmişdir.
    Tbilisi şəhəri 8 şəhər rayonuna bölünür.
    İllik orta temperatur yanvar ayında 0,5º S, iyul ayında 24,2º S olur. İllik yağıntının miqdarı isə 568 mm-dir.

Комментарии •